Millimizin rəqibinin futbolçusundan sürpriz qərar

21:48 - 14 Noyabr 2023

"Leyptsiq"in futbolçusu Emil Forsberq karyerasını ABŞ-da davam etdirəcək.

Sportal.az xəbər verir ki, 32 yaşlı vinger "Nyu York Red Bulls"la razılıq əldə edib. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Təcrübəli ön xətt oyunçusu yanvar ayında MLS təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Emil Forsberq Avro-2024-ün seçmə mərhələsində millimizin rəqibi olan İsveç yığmasının üzvüdür. Onun komandası 16 noyabr tarixində Bakıda Azərbaycan seçməsinin qonağı olacaq.

Xəbər xətti