"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacağı gözlənilən Juninyo ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəəssis braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib:
"Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl "Sevilya" ilə razılaşmışdı, sonra "Flamenqo" da təklif göndərdi. Həm meneceri ilə, həm klubların rəhbərlikləri ilə danışıqlar gedir. Yəqin qarşıdakı günlərdə tam bilinəcək".
Qeyd edək ki, İspaniyanın "Sevilya" və Braziliyanın "Flamenqo" klubu Juninyonu transfer etmək istəyir.
saytlarin hazirlanmasi