Azərbaycan kuboku: "Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Neftçi"yə qarşı - YENİLƏNİR

09:34 - 28 Fevral 2025

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Sportal.az xəbər verir ki, günün ilk görüşü "Araz-Naxçıvan" və "Zirə" komandaları arasında keçiriləcək. Naxçıvan təmsilçisi ilk görüşdən sonra qazandığı üstünlüyü qoruyub-saxlamağa çalışacaq. Yarımfinala vəsiqə qazanacaq son komanda isə "Neftçi Arena"da bəlli olacaq. "Neftçi" "Kəpəz"i qəbul edəcək.

Azərbaycan Kuboku 
1/4 final, cavab oyunları

28 fevral

16:00 "Zirə" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
İlk oyun 0:1
Zirə İdman Kompleksinin stadionu

19:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
"Neftçi Arena"
İlk oyun - 2:0.

Xəbər xətti