"Zirə"nin futbolçusu milli komandada qol vurdu

18:21 - 26 Mart 2025

"Zirə"nin futbolçusu İssa Cibrilanın formasını geyindiyi Niger milli komandası yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, yığma Bonayr ilə üz-üzə gəlib. Qarşılaşma Nigerin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

İssa Cibrila da bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, komandasının ilk qolunu vurub.

Xəbər xətti