Birləşmiş Ərəb Əmirlikləri milli komandasının baş məşqçisi Paulu Bentu istefaya göndərilib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
BƏƏ yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Şimali Koreyanı 2:1 hesabı ilə məğlub edib. Milli C qrupunda 8 turdan sonra 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Paulu Bentu 2023-cü ilin iyul ayında Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi təyin olunmuşdu.
saytlarin hazirlanmasi