Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
"Kəpəz" "Səbail"i qonağı edib və görüş heç-heçə başa çatıb. Turun son matçı isə "Zirə" və "Şamaxı" klubları arasında keçirilib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 qalib gəlib.
XXVIII tur
"Kəpəz” – “Səbail” 1:1
Qollar: Mabotşoyev 41 - Litvin 68
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
“Zirə”– “Şamaxı” 3:0
Qollar: Utziq 54, Ruan Renato 72, Suma 90+3
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu