"Araz-Naxçıvan"ın legionerini istəyirlər – hansı qərarı verəcək?

19:31 - 30 Mart 2025

“Araz-Naxçıvan”ın legioneri Vanderson Melo Premyer Liqa klublarımızın maraq dairəsindədir. 

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçiyə marağın yüksək olmasına baxmayaraq, braziliyalı özü komandada qalmağı planlaşdırır.

Vanderson yeni sezona da “Araz-Naxçıvan”da başlamaq niyyətindədir. Tərəflər arasında danışıqlara start verilib və ilkin razılıq əldə olunub.

Braziliyalının Azərbaycan klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 17-də Naxçıvan təmsilçisi ilə müqavilə imzalamışdı. Yarımmüdafiəçi “Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomorets”(Odessa), “Panevejis” klublarında oynayıb.
 

Xəbər xətti