“Real” Luka Modriç və Lukas Vaskeslə müqavilə müddətini artıracaq.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” həmin futbolçulara iki həftəlik, iyulun 13-nə qədər müqavilə təklif edib. Buna səbəb odur ki, “Real” Klublararası Dünya Çempionatındakı çıxışı ilə bağlıdır.
FİFA turnir iştirakçılarından müqavilələri iyunun sonuna qədər qüvvədə olan futbolçularla qısamüddətli uzadılması barədə razılığa gəlməyi xahiş edib.
Modriç və Vaskes ilə daha bir mövsüm üçün müqavilələrin imzalanması böyük sual altındadır. Xüsusən də Lukasla bağlı məsələ. Modriç maaşının azaldılmasına və əvəzedici rola razılaşarsa, “Real”da qalacaq.
saytlarin hazirlanmasi