"Ronaldo hazırkı vəziyyətində maksimum ehtiyatda otura bilər" - İtaliya millisinin veteran futbolçusu

10:35 - 29 İyun 2026

İtaliya millisinin keçmiş oyunçusu Marko Tardelli Kriştiano Ronaldonun Portuqaliyanın DÇ-2026-dakı heyətindəki vəziyyəti ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, “A Bola”ya danışan Tardelli Ronaldo haqda bunları deyib:

"Heç kimi incitmək istəmirəm, amma Ronaldo hazırkı vəziyyətində maksimum ehtiyat oyunçular skamyasında otura bilər. Artıq meydanda fərq yaratmır. Aydın görünür ki, onun Portuqaliya millisindəki komanda yoldaşları hazırda ona inanmırlar".

Portuqaliya millisi K qrupunda beş xalla ikinci yeri tutub. Portuqaliya iyulun 3-də mundialda 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşacaq.

71 yaşlı veteran futbolçu “Yuventus”, “Milan” və İtaliya yığmasında oynayıb. O, baş məşqçi kimi “İnter”, “Bari”, “Arezzo” klubları, həmçinin Misir yığmasını çalışdırıb.

Xəbər xətti