Klubun nümayəndələri ilə görüş
Bu gün AFFA-nın inzibati binasında “Neftçi” klubunun təşəbbüsü ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki klubun nümayəndələri ilə görüşüb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Arif Əsədovun, klubun idman direktoru Vəli Qasımovun və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüşdə ətraflı fikir mübadiləsi aparılıb.