Futbolçumuzun adı iştirak ərizəsinə daxil edilmədi
Portuqaliya Sequnda liqasında 44-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb. Lissabon təmsilçisi səfərdə "Portimonense" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amitin adı bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 43 xalla 22-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi