Futbolçumuz ehtiyat skamyasında
Türkiyə PTT I liqasının XXXII turuna dünən keçirilən bir oyunla yekun vurulub.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor” doğma meydanında "Antalyaspor”u qəbul edib. Matç qonaqların 1-4 hesablı qələbəsi ilə başa çatıb. Məhərrəmov oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, aktivində 34 xalı olan "Adanaspor” 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi