Sportal.az xəbər verir ki, Argentina klubu Libertadores kubokundan uzaqlaşdırılıb.
Buna səbəb “River Pleyt”lə 1/8 final mərhələsinin cavab oyununda yaşanan insident olub.
Meydan sahibi olan “Boka Xuniors” azarkeşləri stadionda gözyaşardıcı qazdan istifadə ediblər. Bu isə oyunun yarımçıq dayandırılması ilə nəticələnib.
Qeyd edək ki, ilk oyun “River Pleyt”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.