Millimizin futbolçusu üçün 77 dəqiqə
Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Braunşveyq "Ayntraxt"ı ilə qarşılaşıb. Görüş "Karlsrue"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 55 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi