Nurlan Novruzov: "Niyə də yuxarı pillələr üçün oynamayaq?" MÜSAHİBƏ

13:00 - 19 Noyabr 2015

"İlk olaraq hədəfimiz 4-5-ci yerlər uğrunda mübarizə aparmaq idi"

 

"Zirə"nin futbolçusu Nurlan Novruzov Sportal.az-a müsahibə verib.

 

 

- Uzun müddətdən sonra “İnter”lə yoxlama matçında oynadın. Artıq zədən tam sağalıb?

- İlk dəfə idi ki, uzun müddətdən zədə səbəbindən meydanda olmadım. 2 aydır ki, rəsmi oyunlarda iştirak etmirəm. Artıq, özümü taç hazır hiss edirəm. Hər şey qaydasındadır.

 

- Formanı yenidən bərpa etmək üçün nə qədər vaxt lazımdır?

- Mənə bunun üçün çox vaxt lazım olmayacaq. 1-2 oyuna tam fomamda olacam.

 

- Qış fasiləsinə 6 oyun var. Bu 6 matçda neçə qol vurmağı qarşına məqsəd qoymusan?

- Çempionatı yarılamağa az qaldığı üçün çox üzülürəm. Hədəfim ilk olaraq komandaya xeyir vermək və ən pis nəticə kimi fasiləyə qədər 3 qol vurmaqdır.

 

- Növbəti matçınız Premyer Liqanın son pilləsində gedən “Rəvan”ladır…

- Bu turda bəlkə də, ən çətin oyunlarımızdan birini oynayacağıq. “Rəvan” hər bir kluba baş ağrısı olacaq gücdədir. Bu matçda tam ciddi hazırlaşırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- “Zirə” cari mövsümdə hələ ki, 3-cü pillədə qərarlaşıb. Bu nəticə bir çoxları üçün gözlənilməzdi. Sən bu haqda necə düşünürsən?

- Həqiqətən çempionata yaxşı başladıq. İlk olaraq hədəfimiz 4-5-ci yerlər uğrunda mübarizə aparmaq idi. Lakin, görürük ki, niyə də yuxarı pillələr uğrunda mübarizə aparmayaq? Çünki komanda hər oyundan-oyuna daha da artırır. 

 

- Adil Şükürov demişdi ki, “Nurlan istəsə onunla müqavilə yenilənəcək”. Müqavilə barədə nə düşünürsən?

- Dediyim kimi, hələ ki “Zirə”dəyəm. Bütün fikrim qarşıdakı oyunlaradı. Mənim hədəflərim çoxdur. Lakin indi “Zirə” klubundayam və bu klub üçün əlimdən gələni etməyə çalışıram. Bu futboldur, bu gün burdasan, sabah başqa bir klubda da ola bilərsən Əsas odur ki, hansı klubda olursan ol komanda üçün var gücünü ortaya qoyasan. Adil məllimə mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm.

Xəbər xətti