"Bu elə də asan olmayacaq"
FİFA referisi Əliyar Ağayevin Sportal.az saytına müsahibəsi:
- Avrokubokların qrup oyunlarına təyinat almağınız münasibətilə təbrik edirik. Bu xəbər sizin üçün gözlənilməz oldu?
- Təşəkkür edirəm. Əslində elə də gözlənilməz olmadı. Çünki bu mövsüm qrup mərhələsində bir neçə 2-ci kateqoriyadan olan hakimə təyinat verilmişdi. Mən həmişə özümə deyirdim. Bəs bizə nə vaxt təyinat veriləcək? Çünki bu il idarə etdiyim oyunlarda aldığım qiymətlər yaxşı olması gümanımı artırırdı. Allaha şükür ki bu təyinat verildi. İstəyərdim ki, bu təyinatlar tək mənə deyil, bizim bütün FİFA referilərimizə gəlsin. Çünki bizim hakimlərin potensialı doğurdan da güclüdü.
- Təyinatın hansı oyuna olmasını istəyərdiz?
- İnanın ki, hansı oyuna olmağı məni zərrə qədər də maraqlandırmır. Çünki əsas qrup mərhələsi oyununa təyinat almaq idi. Artıq bundan sonra həmin oyuna hazırlaşıb, işimizin öhdəsindən yaxşı gəlməliyik.
- Bu təyinatdan sonra əsas məqsədiniz yəqin ki, 1-ci kateqoriyaya yüksəlmək olacaq. Sizcə bunun üçün əsas şərt avrokuboklara təyinat almaq idi? Və nə qədər müddət lazımdı 1-ci kateqoriyaya yüksəlmək üçün?
- Bəli, əsas olmasa da kateqoriya almaq üçün həlledici amillərdəndi. Amma bu elə də asan olmayacaq. 3-dən 2-yə keçməklə 2-dən 1-ə yüksəlmək arasında fərq var. 1-ci qrupa keçmək üçün ən azı 3-4 il 2-ci kateqoriyada stabil oyunlar idarə edib, yaxşı qiymət almalısan. Yenə deyirəm qrup oyunları həlledici amillərdən olacaq.
- 2 gün öncə Xorvatiya - San Marino oyununda 4-cü hakim idiniz və hakimlər briqadasına erməni hakim-inspektor qiymət verirdi. Oyun necə keçdi? Erməni hakim-inspektor azərbaycanlı hakimlərin idarəçiliyindən razı qaldı?
- Hə çox razı qaldı. Matç özü də hakimlər üçün çox asan oyun oldu. Oyunsonrası hakim-inspektorla keçən iclas da cəmi 5-10 dəqiqə çəkdi. Yəni deyiləsi sözü az idi.
- Bu mövsüm Premyer Liqa oyunların ötən mövsümə nisbətən az təyinat alırsız. Bunun səbəbi nədi?
- Bəli, elədi. Amma bu təbii ki, mənim özümlə bağlıdı. Həm 2-3 tur sağlamlığımda problemlər oldu, həm də bir neçə tur cəzalı oldum.
saytlarin hazirlanmasi