Əsgər Abdullayev: "Sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu"

20:38 - 22 Noyabr 2015

"Futbolçularımın hər birinə güvənirəm"

 

Premyer Liqanın XIII turu “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə əlamətdar oldu. Bu görüş “Neftçi”nin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev bunları qeyd edib:

 

“Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm. Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. “Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər  futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram”.

Xəbər xətti