"Bu mənim karyeramda ən vacib qol oldu"
Azərbaycan Premyer Liqasında 13-cü turunda "Xəzər Lənkəran" doğma meydanında "Neftçi"yə 2:0 hesabı ilə məğlub olub.
Oyundan sonra "Neftçi"nin gənc futbolçusu Fəhmin Muradbəyli Sportal.az-a müsahibə verib.
- Oyun haqda fikirlərin?
- Çox sevindirici haldır ki, qalib gəldik. Lənkəranda 8 ildən sonra qazanılan qələbəyə çox seviniəm. Bu qələbəyə görə çox əziyyət çəkdik. Sevirəm ki, qələbədə pay sahibi oldum. İnşallah, azarkeşlərimizi qələbələrimzlə sevindirməyə davam edəcəyik. Fikirləşirəm ki, layiqli qələbə qazandıq.
- Vurduğun qolu karyeranın ən vacib qolu hesab etmək olar?
- Bəli, razılaşıram. Bu mənim karyeramda ən vacib qol oldu. Çox istəyirdim ki, “Xəzər Lənkəran”a qol vurum. İlk döcrədəki matçda komandama penalti qazandırmışdım. Lakin qol vura bilməmişdim.
- Niyə “Xəzər Lənkəran” qol vurmağı bu qədər arzulayırdın?
- Hər kəs bilir ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu çox gərgin keçir. Bu komandalar barışmaz və əzəli rəqibdirlər.
- Komandanızın prezidenti Çingiz Abdullayev soyunub-geyinmə otağına daxil olanda səs-küy daha da çoxaldı. “Neftçi”yə qələbəyə görə mükafat veriləcək?
- Mükafat haqda heç bir xəbərim yoxdu. Sadəcə, Çingiz Abdullayev bizi qələbə münasibəti ilə təbrik etdi.
- Səncə, baş məşqçi dəyişikliyi oyununuza təsir etdi?
- “Neftçi”də olan məşqçilərlə birgə çalışmaq mənim üçün böyük bir şərəfdi. Samir Əliyev kimi, Əsgər Abdullayev kimi “Neftçi”də tarix yazan insanlarla “Neftçi”də işləmək qürurvericidi. Biz futbolçuların işi meydana çıxıb əlimizdən gələnni etməkdir. Mən məşqçiləri müqayisə etmək istəmirəm.
- Hücum xəttində Elşən Abdullayev, sən və Cavid İmamverdiyev çıxış etdiniz. Anyete ilə oyunun yaxşı alınırdı, yoxsa bu futbolçularla?
- Mən əsasən sağ cinah yarımmüdafiəçisi kimi çıxış edirəm. Bu gün hücumçu kimi çıxış etdim. Belə oyunda hücumçu kimi oynamaq bir az çətin olur. Çalışrdım ki, tapşırıqların öhdəsinnən gəlim. Bu oyunda hər şey mənim üçün yaxşı oldu.
saytlarin hazirlanmasi