"Maddi vəziyyəttimiz düzələcək"
Premyer Liqanın XIII turunda "Xəzər Lənkəran” doğma meydanında "Neftçi”yə 2-0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Uzun müddətdən sonra doğma meydanda "Neftçi”yə məğlub oldunuz. Matçla bağlı fikirləriniz necədir?
- Çətin oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Hamımız qələbə haqqında fikirləşirdik. Həqiqətən çətin oldu.
- Rəqib ilk qolu müdafiənin mərkəzindən vurdu. Onları dayandırmaq niyə mümkün olmadı?
- Biz arxayınlaşmamışdıq. Sadəcə, futbolçunu saxlaya bilmədik və bizdən sıyrılıb qol vurdu. Futbolda hər zaman belə şeylər olur.
- Qələbə üçün sizdə nə çatışmadı?
- Nə bilim?! Qələbə üçün çox istəkli idik. Amma sonluğu gətirə bilmədik. Rəqibin cərimə meydançasında dəqiq oynaya bilmədik.
- Birinci hissədə üstün futbol oynadınız. İkinci hissədə nə baş verdi ki, üstünlüyü rəqibə verdiniz?
- Dəyişən bir şey olmadı. Biz bacardığımızı etdik. Həqiqətən mənim üçün çox ağır oyun oldu. Zədədən yeni qayıtmağıma baxmayaraq,90 dəqiqə komandaya kömək etməyə çalışıdım.
- Qışdan sonra komandada dəyişiklik olacaqmı? Buna söz veriblərmi?
- Dəyişiklik olacaq. Belə heyətlə bundan artığını etmək mümkün deyil. Buna baxmayaraq yaxşı gənclərimiz var. Onların təcrübə toplamalarına ehtiyac var.
- Komandadakı maliyyə problemlərinin çıxışınıza nə kimi təsiri var?
- Maddi vəziyyəttimiz düzələcək. Rəhbərlik buna söz verib. Bunun oyunumuza heçbir aidiyyatı yoxdur.
- 8 ildi doğma meydanda "Neftçi”yə məğlub olmurdunuz. Bunun üçün təəssüflənirsinizmi?
- Futbolda hər şey olur. Biz əlimizdən gələnin hamısını etdik.