Ən çox "Böyük oyun"da
Premyer Liqanın XIII turu keçirilən 5 oyunla arxada qalıb.
Sportal.az xəbər verir ki, baş tutan 5 matçda stadiona ümumilikdə 12 min 400 azarkeş gəlib. Ən çox azarkeş isə Lənkəranda qeydə alınıb. Əzəli rəqiblər olan "Xəzər Lənkəran" - "Neftçi" (0:2) qarşılaşmasında 9000 fanat stadiona təşrif buyurub.
İkinci ən çox azarkeş toplayan matç isə "Sumqayıt" - "Qəbələ" (2:2) matçı olub ki, buraya 1150 tamaşaçı gəlib. "Qarabağ" - "Kəpəz" (3:0) oyununa 850, "İnter" - AZAL (2:0) qarşılaşmasına 800, "Rəvan" - "Zirə" (1:0) matçına isə 600 azarkeş gəlib.
saytlarin hazirlanmasi