"Oyunun çətin keçəcəyin bilirdik"
Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Zirə"ni qəbul edən "Rəvan" 1:0 hesablı qələbə qazanıb.
Oyundan sonra Sportal.az-a açıqlama verən "Rəvan"ın müdafiəçisi Vüqar Bəybalayev bunları qeyd edib:
"Oyunun çətin keçəcəyini bilirdik. Oyunun əvvəllərində qol vurmağımız müsbət hal oldu. Qoldan sonra daha çox müdafiəyə fikir verdik. Çünki qol buraxmaq istəmirdik. Məşqçimizin də tapşırığı əks-hücumlarda oynamağımız idi. Əsas odur ki, 3 xalı qazandıq. Ardıcıl 2-ci qələbəmiz özümüzə inamı artırdı. Bu gün mənim üçün yeni mövqe olan dayaq yarımmüdafiəçisi rolunda çıxış etdim. Düşünürəm ki, pis alınmadı. Yeni mövqeyimlə bağlı onu deyə bilərəm ki, burada daha çox qaçmaq lazım gəlir".
Daha sonra gələcək karyerası barədə də danışan Bəybalayev maraqlı məqamlara toxunub:
"Rəvan" hazırki durumda iddialı klub sayılmasa da, burada oynamaq mənim üçün böyük bir şansdır. Çünki, ən azı burda hər matçda meydanda oluram. Biri var ki, iddialı klubda oynamayıb gözdən itəsən, biri də var ki iddiası çox da olmayan klubda oynayasan. Təbii ki, mən də nə vaxtsa iddialı klubda oynamaq istəyərəm. Azərbaycanda elə bir futbolçu yoxdur ki, bunu istəməsin".
saytlarin hazirlanmasi