"Düşünürəm ki, yaxşı oynayacağıq"
“Bu, bizim üçün qrupda ən ağır oyunlardan biri olacaq”.
Sportal.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Tottenhem”i qəbul edəcək. Bu gün keçirilən mətbuat konfransında fikirlərini bildirən yığmamızın futbolçusu sabahkı görüşdə şanslarını dəyərləndirib: “İstəyirik evdəki son görüşdə qələbə qazanaq. Nəticədən asılı olmayaraq, düşünürəm ki, yaxşı oynayacağıq. Rəqibə səfərdə oynadıqlarını hiss etdirəcəyik”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq. (Apasport.az)
saytlarin hazirlanmasi