Tahir Gözəl: "Hər bir qarşılaşmada qələbəyə yaxın olmuşuq"

00:15 - 27 Noyabr 2015

"Qarabağ"ın ofsaydlarla bəxti gətirmir"
 
Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Qarabağ" Respublika stadionunda İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, klubun prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərə öz fikirini açıqlayıb:
 
"Rəqibimiz çox güclü idi, böyük komanda idi. Qolumuzun ofsayd olması da, bəxtimizin olmaması demək idi. "Qarabağ"ın ofsaydlarla bəxti gətirmir. Məncə, əlimizdən gələni etdik, mübarizə apardıq. Qrupumuz çox çətin idi, hər bir oyunda qələbəyə yaxın olmuşuq. Klubumuzla fəxr edirəm. Qrupdan çıxmaq üçün çox az şansımız var, "Anderlext"lə səfər oyununda qələbə qazanmaq istəyirik, bilmirəm, bu qələbənin nə qədər təsiri olacaq. Amma səfərdə qazanılan 3 xal bizim üçün motivasiya olacaq".

Xəbər xətti