"Bəzən istədiyimiz oyunu göstərə bilmirik"
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" bu gün Respublika stadionunda London təmsilçisi "Tottenhem"ə 1:0 hesabı ilə məğlub olub.Görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
“Belə çətin görüşdə sona qədər mübarizə apardıqları üçün futbolçularıma təşəkkür edirəm. Çox çətin oyun oldu. Çətin rəqibə qarşı oynayırdıq. Azarkeşlərdə də təşəkkürümü edirəm”.
- Ötən mövsümdə də şans son tura qalmışdı...
- Qrupumuz çətin qrup idi. Adlı-sanlı və tarixi komandalardı. Bəzən istədiyimiz oyunu göstərə bilmirik. İldən-ilə təcrübəmiz artır. Hər il güclü komandalarla eyni qrupa düşmək bizim üçün əlavə təcrübədir. Təcrübə qazanmaq üçün belə komandalara qarşı çox oynamalıyıq. Sözün düzü şansımız çox çətindi.
- Premyer Liqanın adlı-sanlı komandasına məğlub olduq. “Qarabağ”dan çox uğur gözləyirik…
- İstək və mübarizliklə güclü komandalara məğlub etməyə çalışırıq. Məncə, qələbə gözləməlisiniz. Şəxsən mən çox sevinirəm. İllər keçdikcə futbolçuların iştahı da artır.
- Oyun hesaba görə oldu?
- Qol epizodlarını düşünsək, şanszızlıq oldu, 3-4 qol real qol epizodlarımız oldu. Nəticə hesaba görə oldu, rəqibi nəzərə almaq lazımdır çox güclü idi.
saytlarin hazirlanmasi