"Xəzər Lənkəran"da daha 4 ayrılıq: 2 yerli və 2 legioner komandadan gedə bilər

00:01 - 28 Noyabr 2015

Cəlilov və Əmirquliyev qış fasiləsində cənub təmsilçisini tərk edəcək
 
Dövrələrarası fasiləyə təxminən 1 ay qalmış “Xəzər Lənkəran” müdafiəçi Rasim Ramaldanovla yollarını ayırıb. 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Onun bu gün Premyer Liqanın XIV turunda “Zirə” ilə səfər matçında forma geyinməyəcəyi dəqiqləşib.
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, Ramaldanovdan başqa, daha 4 futbolçu da “ağ-yaşıllar”la vidalaşa bilər. Böyük ehtimalla, “Xəzər Lənkəran”ın əfsanəsi Rahid Əmirquliyev və Tural Cəlilov qış fasiləsindən sonra başqa komandanın şərəfini qoruyacaqlar.
 
Legionerlərdən isə malili Sadio Tounkara və rumıniyalı müdafiəçi Adrian Skarlatake də komandadan ayrılmaq qərarına gəlib.

Xəbər xətti