Tərlan Əhmədov da məsələyə qarışdı
Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən AZAL - "Sumqayıt" (2:0) matçında qalmaqal yaşanıb.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, görüşdə 2-ci qolun sahibi olan Ruslan Nəsirli qolu vurduqdan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasova "sus" işarəsi göstərərək daha əvvəl rəqib komandanın futbolçusu Cəmil Hacıyevlə arasında yaşadığı münaqişədə haqlı olduğunu bildirib. Bundan sonra iki tərəf arasında da mübahisə yaşanıb. Lakin mübahisə böyümədən aranı sakitləşdirmək mümkün olub.
Matçdan sonra isı Nəsirli etdiyi hərəkətə görə rəqib komandadan üzr istəyib. Qeyd edək ki, Ruslan daha əvvəl "Sumqayıt"ın şərəfini qoruyub.
saytlarin hazirlanmasi