Samir Abasov: "Əgər nə isə olubsa, bunu bağışlamaq olar"

17:05 - 28 Noyabr 2015

"Danışılası bir şey yoxdur"

 

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində doğma meydanda "Sumqayıt"ı qəbul edən AZAL 2:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

 

“Çox danışmaq  istəmirəm, çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq”.

 

Xəbər xətti