Skarlatake "Xəzər Lənkəran"la bağlı qərarını verdi

00:18 - 1 Dekabr 2015

Rumıniyalı legioner dekabrın sonunu gözləməyəcək
 
Rasim Ramaldanovdan sonra daha bir futbolçunun yaxın günlərdə "Xəzər Lənkəran"dan ayrılacağı dəqiqləşib. 
 
Cənub təmsilçisinin rumıniyalı müdafiəçisi Adrian Skarlatake komandadan ayrılacağı haqda Sportal.az-a açıqlamasında məlumat verib. Skarlatake bildirib ki, yaxın 2-3 gün ərzində klubla olan müqaviləsinə qarşılıqlı olaraq xitam veriləcək və komandanı tərk edəcək.
 
Qeyd edək ki, qış fasiləsində Tural Cəlilov və Rahid Əmirquliyevin də komandadan ayrılacağı gözlənilir.

Xəbər xətti