Ən çox Gəncədə qeydə alındı
Premyer Liqanın XIV turu keçirilən 5 oyunla arxada qalıb.
Sportal.az xəbər verir ki, baş tutan 5 qarşılaşmada ümumilikdə 20 min 400 azarkeş olub ki, bunun da ən çoxu Gəncədə qeydə alınıb. Belə ki, "Kəpəz" - "İnter" (0:0) matçını 12 min 300 azarkeş izləyib. İkinci ən çox maraq doğuran qarşılaşma isə 6500 azarkeşlə "Neftçi" - "Qarabağ" (1:0) olub.
"Qəbələ" - "Rəvan" (1:1) oyununda 1100, "Zirə" - "Xəzər Lənkəran" (1:0) matçında 350, AZAL - "Sumqayıt" (2:0) qarşılaşmasında isə stadiona 150 azarkeş təşrif buyurub.
saytlarin hazirlanmasi