Dodo "Qəbələ"dən gedir?

12:14 - 20 May 2016

"Dodo ilə bağlı son qərarımızı verməmişik"
 
"Qafqazinfo"nun yaydığı məlumata görə, "Qəbələ" kapitanı Dodo ilə yolları ayıracaq.
 
Məsələ ilə bağlı komandanın rəisi Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq.
 
Səbuhi bəy Sportal.az-a verdiyi açıqlamada Dodonun durumuna aydınlıq gətirdi:
 
“Dodo hazırda Braziliyadadır və zədəsini sağaldır. Onun “Qəbələ” ilə müqaviləsi bitib. Ancaq Dodo ilə bağlı son qərarımızı verməmişik. Mövsüm bitəndən sonra onun mövqeyinə daha güclü futbolçu almağa çalışacağıq. Əgər həmin mövqeyə istədiyimiz futbolçunu ala bilməsək, Dodonu komandada saxlamağa çalışacağıq”

Xəbər xətti