Tuğrul Erat "Altınordu"nun hədəfində
Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Altınordu" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratlı transfer etmək niyyətindədir.
Sportal.az xəbər verir ki, Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, "Altınordu" Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun ikinci komandasında çıxış edən Erata rəsmi təklif göndərib.
Xatırladaq ki, Almaniya II Bundesliqadında çıxış edən "Duysburq" klubu da Tuğrul Eratın xidmətlərində maraqlaıdır.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm “Fortuna”nın heyətində 31 oyun keçirib və 10 qol vurub.
saytlarin hazirlanmasi