"Futbolçularımız əzmkarlıq göstərdilər"
Azərbaycan Premyer Liqasınn son turunda 36-cı turunda "Xəzər Lənkəran"la qarşılaşan "Ravan" meydandan sülhlə ayrılıb - 2:2.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların çalışdırıcısı Bəhmən Həsənov heç-heçəni şərh edib:
"Uzun bir yol keçdik. Futbolçularımız əzmkarlıq göstərdilər. 0:2 hesabı ilə geridə olduğumuz halda, 1 xal qazana bildik. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Onları təbrik edirəm. Qismət olsa, bir də belə "Rəvan" görməyəcəksiniz. Daha baxımlı oyun sərgiləyən, daha iddialı klub görəcəksiniz. Çox sevincliyəm. Deyiləsi sözüm yoxdu. Bu, bizim son şansımız idi".
Təcrübəli mütəxəssis "Xəzər Lənkəran"ın qapısına təyin edilən penalti haqda belə danışıb:
"İnanın ki, çox əsəbi idim. Penalti epizodunu görə bilmədim. Amma tirdən dönən qolumuz da sayılmadı. Top qapı xəttini keçmişdi. Nə edəcəyimi bilmirdim. Bilsəydim ki, Premyer Liqada oynamayacağıq, bu oyuna gəlməzdim. Mənə rəhbərlik tapşırıq verib ki, növbəti mövsüm üçün heyəti hazırlayım. Mən də demək olar ki, 80 faiz heyəti formalaşdırmışam. Yasin Həmidlə də 1 illik sözləşmə imzaladıq. Yəqin Premyer Liqada oynamaq ümidimiz olmasaydı, belə tapşırıq almazdım. Biz öz oyunumuzla elitada qalmaq istəyirdik".
saytlarin hazirlanmasi