"Mövsümü major notlarla başa vurmaq gözəl hissdir"
“Şükürlər olsun ki, qələbə qazandıq. “Neftçi” kimi çətin rəqibə qarşı “comeback” etməyi bacardıq. İstəyirdik ki, mövsümü qələbə ilə başa vuraq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Mövsümü major notlarla başa vurmaq gözəl hissdir”.
Bu sözləri Premyer Liqanın sonuncu - 36-cı turunda "Neftçi" ilə matçda (2:1) komandasının qələbə qolunu vuran "Sumqayıt"ın hücumçusu Amil Yunanov söyləyib.
Gənc forvard Sportal.az saytına verdiyi açıqlamada vurduğu qolu atasına həsr etidiyini bildirib:
“Vurduğum qolu atama həsr edirəm. Çünki atam ilk dəfə idi ki, çempionatda oyunumu izləməyə gəlmişdi. Atamın Tovuzdan oyunumu izləməyə gəlməsi, mənə əlavə ruh yüksəkliyi verdi. Çox sevinirəm ki, qol vurdum və bunu atama həsr etdim”.
Əlavə edək ki, Amil Yunanov Premyer Liqanı 12 qolla tamamlayıb.
saytlarin hazirlanmasi