Premyer Liqamızın 35-ci turunda neçə azarkeş qeydə alındı?

12:21 - 21 May 2016

5 oyuna 15570 nəfər

 

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün sonuncu turunu stadiondan izləyən azarkeşlərin sayı məlum olub.

 

Sportal.az xəbər verir ki, 36-cı turun qarşılaşmalarını ümumilikdə 15570 nəfər futbolsevər stadiondan izləyib. Turun azarkeş rekordu Gəncədə qeydə alınıb. Belə ki, "Kəpəz" - "Qəbələ" matçında 9600 tamaşaçı qeydə alınıb.

 

"Qarabağ" - AZAL (3:0) 3500, "Sumqayıt" - "Neftçi" (2:1) 1350, "Rəvan" - "Xəzər Lənkəran" 800 (2:2) və "İnter" - "Zirə" (1:0) matçını isə 320 azarkeş izləyib.

Xəbər xətti