Zetslə yollar ayrıldı
“Qəbələ” İdman Klubu hücumçu Ermin Zetslə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb. Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komanda ilə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. 28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.
“Qəbələ” İdman Klubu Ermin Zetsə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.
saytlarin hazirlanmasi