Bir mövsümdə 390 qol

19:36 - 21 May 2016

Orta məhsuldarlıq 2, 17-dir
 
Premyer Liqanın başa çatan 2015/16 mövsümündə 390 qol vurulub. 

Sportal.az xəbər verir ki, keçirilən 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub. 

Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridir. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub. Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox – 66, “Xəzər Lənkəran” ən az – 16 qol vurub. “Qarabağ” hamıdan az – 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdur – 63.
“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox – 90 qol vurulub. AZAL-ın iştirakı ilə keçirilən matçlarda 64 qol qeydə alınıb.
 
Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar. Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdır. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdir.
 
Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb.

Xəbər xətti