"Kəpəz"dən ayrılacaq növbəti futbolçunun adı məlum oldu ÖZƏL

00:17 - 22 May 2016

Quliyevdən sonra Soltanov
 
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev mətbuata açıqlamasında mövsümün sonunda 6 futbolçunun komandadan ayrılacağını bildirmişdi. Bir müddət əvvəl bu futbolçulardan birinin Tərlan Quliyev olması ilə bağlı məlumat vermişdik.

Sportal.az komandadan ayrıacaq daha bir futbolçunun kimliyi barədə məlumat əldə edib. Belə ki. Bəxtiyar Soltanov artıq növbəti mövsümdən etibarən "Kəpəz"in heyətində yer almayacaq.

Xəbər xətti