Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "bankirlər" növbəti transferini reallaşdırmağa çox yaxındır. Belə ki, "İnter" "Sumqayıt"ın hücumçusu Pərdis-Fərcad Azadı heyətinə qatmağa çox yaxındır. Artıq tərəflər arasında razılıq əldə olunub və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.