"Kimyaçılar" Qurbanovu geri qaytarmaq istəyir
Növbəti mövsüm üçün transfer çalışmalarına start verən "Sumqayıt" "Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovu transfer etmək niyyətindədir.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, ötən yay "Sumqayıt"dan "Neftçi"yə keçən Məhəmməd Qurbanov paytaxt klubunda özünü heç cürə doğrulda bilmir. Ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən 24 yaşlı hücumçu sabiq klubu "Sumqayıt"a qayıda bilər.
"Sumqayıt" Məhəmməd Qurbanovun transfer ilə bağlı "Neftçi"yə rəsmi təklif göndərib. Paytaxt klubunun bu təklifə müsbət cavab verəcəyi gözlənilir.
saytlarin hazirlanmasi