"Sumqayıt"ın futbolçusu: "Milliyə dəvət alacağımı gözləmirdim" MÜSAHİBƏ

12:30 - 23 May 2016

"Sanki üzərimizdə qara qüvvələr var idi"
 
“Sumqayıt”ın gənc futbolçusu Xəyal Nəcəfov Sportal.az saytına müsahibə verib.
 
-  “Sumqayıt” mövsümü 8-ci pillədə başa vurdu. Səncə daha yaxşı əldə etmək üçün komandada nə çatmadı?
- Mövsüm ərzində yaxşı oyunlarımız çox oldu. Bəzi oyunlarda öz səhvlərimizdən xalları əldən verdik. Sanki üzərimizdə qara qüvvələr var idi. Son matçlarda yaxşı formada idik. Son turda "Neftçi"ni məğlub etdik və mövsümü major notlarda başa vurduq. Ümid edirəm ki, yeni çempionatda uğurlu çıxış edəcəyik
 
- Qış fasiləsindən sonra daha çox oynamağa başladın. Mövsümü özün üçün necə dəyərləndirirsən?
- Mövsüm mənim üçün deyərdim ki, uğurlu keçdi. Gənc futbolçuya nə lazımdır? Əlbəttə ki, şans. Çox sağolsun baş məşqçimiz Samir Abasov da bu şansı mənə verdi. Mən də bu fürsətdən maksimum yarlanmağa çalışdım. Yəqin ki, Samir müəllim çıxışımdan razıdır.
 
- Növbəti mövsüm daha güclü Xəyal görə biləcəyik?
- Əlbəttə. Çalışacam ki, daha da yaxşı səviyyədə oynayım. Bu mövsüm kifayət qədər təcrübə topladım. Bu təcrübə növbəti mövsüm mənə çox kömək olacaq.
 
- 21 yaşlılardan ibarət milli komandamıza da dəvət aldın. Bu təklifi gözləyirdin?
- Sözün düzü, bu təklifi gözləmirdim. Çünki ilk mövsümüm idi. Çox xoşbəxtəm ki, milliyə dəvət aldım. Məşqçilərin etimadını doğrultmağa çalışacam.
 
- Xəyal, artıq öz oyununla iddialı klubların transfer hədəfinə düşmüsən...
- Mən başqa klubların təklifləri ilə maraqlanmıram. Növbəti mövsümdə də “Sumqayıt”da çıxış edəcəm.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti