"Premyer Liqa klublarımız I Divizionda oynayan futbolçulara güvənmir"
"İstirahətdə deyilik. "Heydər Əliyev kuboku"na hazırlaırıq. Sabah Naxçıvana yola düşəcəcəyik. Bu turnirdə uğurlu nəticə qazanmağa çalışacağıq".
Bu fikirləri Sportal.az-a açıqlamasında 2015/2016-cı il mövsümündə I Divizionun bombardiri olmuş, MOİK-in forvardı Röyal Nəcəfov səsləndirib.
Gənc hücumçu Premyer Liqa klublarından təklif gözlədiyini bildirib: "Şükürlər olsun ki, mövsüm mənim üçün uğurlu oldu. Premyer Liqa kublarının mənimlə maraqlandığını deyirlər. Lakin heç bir klubdan rəsmi təklif almamışam. Məncə mövsüm yeni başa çatıb. Klublarda göndərilənlər olacaq. Yəqin ki, ondan sonra məni komandasında görmək istəyənlər təklif göndərərlər. Əgər təklif gəlməsə artıq bu mənimlə bağlı məsələ deyil. Deməli Premyer Liqa klublarımız I Divizionda oynayan futbolçulara güvənmir".
Bombardir xarici klublardan təkliflər aldığını bildirib: "Xarici ölkələrdən menecerlər vasitəsilə bir neçə təklif almışam. Konkret olaraq Türkiyə, Yaponiya və Malaziya klubları mənimlə maraqlanır. Amma mən Azərbaycan Premyer Liqasında oynamaq istəyirəm. Əgər klublarımız mənə inansa Premyer Liqada da qollarıma davam edəcəm. Alınmasa isə xarici klublardan gələn təkliflər barədə dəyərləndirəcəm. Hələ ki, bütün diqqətimizi “H,Əliyev kuboku”na yönəltmişik. Gələcək karyeramla bağlı turnirdən sonra qərar verəcəm".
saytlarin hazirlanmasi