"Qrupdan çıxmaq istəyiksə, ilk matçda mütləq qələbə qazanmalıyıq"
Futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli Sportal.az saytına müsahibə verib.
- Milli komandamız Kolumbiyada keçiriləcək mundialda İspaniya, İran və Mərakeş yığmaları ilə bir qrupa düşüb. Rəqiblərimiz barədə nə söyləyə bilərsiniz?
- Artıq rəqiblərimzlə yaxından maraqlanırıq. Deyərdim ki, ən çətin qrupa düşmüşük. Bacardığızı edəcəyik.
- İspaniya son Avropa, Mərakeş Afrika, İran isə Asiya çempionudu...
- Bizi maraqlı və gərgin mübarizə gözləyir. Bu haqda məlumatımız var. Amma biz də zəif deyilik. Onlar Afrika və Asiya çempionu olublarsa, biz də Xorvatiya və Hollandiya kimi yığmaları mübarizədən kənarlaşdırıb gəlmişik. Avropa, Asiya və Afrika komandaları arasında böyük fərq var.
- Sizcə, qrupdan çıxmaq mümkündür?
- İstək olandan sonra hər şey mümkündür. Sadəcə məşqlərdə daha çox çalışmalıyıq. Məqsədimiz qrupdan çıxmaqdır.
- Qrupda ilk oyunu Mərakşelə keçirəcəksiniz. Bunu üstünlük kimi saymaq olar?
- Bu, çox yaxşı xəbərdi. Çünki bu oyun qrupdan çıxmağımız üçün yaxşı fürsətdir. Düzdür, ilk oyunda həyəcan olur. İlk qarşılaşmada Mərakeşə qarşı oynamaq müsbət haldır. Həmin matçda qələbə qazanaraq həyəcanı üzərimizdən atmağa çalışacağıq.
- Qrupları 3-cü pillədə başa vuran komandalar arasında ən yaxşı göstəricilərə sahib olan 4 yığma növbəti mərhələyə adlayacaq. Ən azı, bunu bacarmaq mümkündür?
- Əlbəttə. Düzgün vurğuladınız. Biz zəif komanda deyilik. Munidalda zəif rəqib yoxdur. Biz qrupdan çıxmaq istəyiksə, ilk matçda mütləq qələbə qazanmalıyıq.
- Millimiz qrupdakı rəqiblərdən indiyə qədər yalnız ispanlarla qarşılaşıb...
- Düzdür, qarşılaşmışıq. Amma mən həmin matçda millimizi azarkeş kimi dəstəkləyirdim. İspaniya millisinin oyunlarını çox izləmişəm. Munidalın favoritlərindən biri İspaniyadır.
- Millimizin yeni baş məşqçisinin ispaniyalı ya da braziliyalı mütəxəssis olacağı gözlənilir...
- Məşqçinin milliyəti fərq etmir. Bütün oyunlara ciddi hazırlaşmalıyıq. Mundialda layiqli şəkildə mübarizə aparacağıq.
- Avropa çempionatındakı uğurlu çıxışınızla diqqətləri özünüzə çəkmişdiniz. Sizcə, mundialda da uğurlu çıxış edə biləcəksiniz?
- Hər şey özümdən aslıdır. Bacardığımız qədər irəli gedəcəyik. Əlbəttə, istəyərdim ki, mundialda da uğurlu çıxış edim.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi