"Qarabağ"dan "qızıl dubl" YENİLƏNİB

22:28 - 25 May 2016

Final matçı
 
Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.
 
Ardıcıl 3-cü mövsümdə ölkə çempionu olan "Qarabağ" "qızıl dubl" etməyə çalışacaq. Mövsümü uğursuz keçirən "Neftçi" isə kuboku qazanmaqla bunu unutdurmaq niyyətindədir.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
 
25 may (çərşənbə)
 
Azərbaycan kuboku, final
 
20:00.“Qarabağ” – “Neftçi” 1:0
Qol: Migel Madera, 120
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev 
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev 
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti