"Sumqayıt"da "yarpaq tökümü" davam edir: Daha bir futbolçu ilə yollar ayrıldı

16:33 - 25 May 2016

Çertaqanovla yeni müqavilə imzalanmayıb

 

"Sumqayıt”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Gənclik şəhəri” təmsilçisi Aleksandr Çertaqanovla yollarını ayırıb. Milli komandamızın sabiq üzvünün başa çatan müqaviləsi artırılmayıb və onunla yollar rəsmən ayrılıb. 
 
Qeyd edək ki, "Sumqayıt” bundan öncə Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad Azad və Cəmil Hacıyevlə yollarını ayırmışdı.

Xəbər xətti