Yenə Sportal.az-ın xəbərləri təsdiqləndi: "İnter" yeni transferləri ilə rəsmi müqavilə imzaladı

16:59 - 26 May 2016

Daha 11 müqavilə
 
Bakının “İnter” klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalayıb. 

Xatırladaq ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevin müqaviləsi artırılmışdı.
 
Qeyd edək ki, Pərdis-Fərcad Azad, Tərlan Quliyev və Slavik Alxasovun "İnter"ə keçidi haqda ilk məlumatı Sportal.az saytı yaymışdı.

Xəbər xətti