Mandianqu "Jilina"da
Slovakiya Liqasında mövsümü 5-ci pillədə başa vuran "Jilina" klubu heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, "Jilina" Şotlandiya Çempionşipində mübarizə aparan "Hamilton"un hücumameyilli yarımmüdafiəçisi Kristofer Mandianqunu heyətinə cəlb edib. Almaniyanın U-15 və U-18 yığmasında da forma geyinmiş 24 yaşlı futbolçu "Jilina" ilə 2 illik müqavilə imzalayıb.
Əldə etdiyimiz məlumata görə, konqoəsilli almaniyalı futbolçu Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların birindən transfer təklifi alsa da, bunu rədd edib.
saytlarin hazirlanmasi