"Sumqayıt" millinin futbolçusu ilə razılığa gəldi

17:19 - 28 May 2016

Paşayev "Sumqayıt"da?
 
Transfer çalışmalarına davam etdirən "Sumqayıt" "Qəbələ"nin futbolçusu Pavel Paşayevi heyətinə qatmaq istəyir.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt" 28 yaşlı müdafiəçi ilə ilkin razılığa gəlib. "Sumqayıt"ın cinah müdafiəçiləri - Slavik Alxasov və Cəmil Hacıyev klubdan ayrıldığı üçün "kimyaçılar" bu mövqeləri doldurmaq istəyir.
 
Qeyd edək ki, "Sumqayıt" "Qarabağ"dan Fərhad Vəliyevi transfer edib.

Xəbər xətti