Yoldaşlıq matçı
Avstriyada təlim-məşq toplanışında olan milli komandamız bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Makedoniya ilə üz-üzə gəlib. Matç Makedoniyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli komandamız Avstriyadakı ilk yoxlama oyununda Andorra ilə heç-heçə edib.
29 may
Beynəlxalq yoldaşlıq görüşü
19:00. Azərbaycan - Makedoniya 1 - 3
QOLLAR: Əfran İsmayılov, 72 (pen.) - Marian Radeski, 18, Qoran Pandev, 32, İlya Hestorovski, 90+2
Baş hakim: Markus Humeter (Avstriya)
saytlarin hazirlanmasi