Ramil Şeydayevin taleyinə aydınlıq gələcək
“Zenit”də baş məşqçi postuna keçən Mirça Luçesku bəzi futbolçularla bağlı qərarını verməlidir. Sportal.az xəbər verir ki, onların arasında əslən azərbaycanlı Ramil Şeydayev də var.
Şeydayev mövsümün ilk yarısını icarə əsasında “Rubin”də, ikinci yarısını isə “Zenit-2”-də keçirmişdi. 20 yaşlı futbolçunun gələcəyi təcrübəli rumın mütəxəssisin qərarından asılı olacaq. Yaxın günlərdə Luçesku bu məsələyə aydınlıq gətirəcək.
Qeyd edək ki, Şeydayevlə yanaşı Aleksey Qasilin və Maksimilian Proniçevin də taleyinə aydınlıq gələcək. Məhz Luçeskunun qərarından sonra hansı futbolçuların "Zenit"də qalacağı, hansıların gedəcəyi bəlli olacaq.
saytlarin hazirlanmasi