İqor Çerevçenko Azərbaycanda işləyə bilər
Rusiya Premyer Liqasında mövsümü 6-cı pillədə başa vuraraq avrokuboklardan kənar qalan “Lokomotiv” böyük ehtimalla baş məşqçisi ilə yollarını ayıracaq. Sportal.az xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumatlara görə, “Lokomotiv”lə işbirliyinə son qoymaq üzrə olan İqor Çerevçenkoya Azərbaycandan və İrandan təkliflər var.
Çerevçenkonun yüksək ödənişli (bizim standartlara görə) məşqçi olduğunu nəzərə alsaq, bu təklifin yalnız iki klub tərəfindən gəldiyini ehtimal etmək olar. Yəni, İqor Çerevçenkonu ya “Qəbələ”, ya da “Neftçi” gətirmək istəyir.
Qeyd edək ki, Çerevçenkoya əvəz axtaran “Lokomotiv” klubunun rəhbərliyi Stanislav Çerçesov və Kurban Berdıyev kimi məşqçilərin namizədliyini nəzərdən keçirir.
saytlarin hazirlanmasi